Gələn həftə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani Ankaraya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, həftənin ikinci günü Ərdoğan və Putin dövlətlərarası əməkdaşlıq şurasının toplantısına rəhbərlik edəcək və Akkuyu Nüvə Stansiyasının təməlini qoyacaqlar.
Aprelin 4-də isə İran prezidenti Həsən Ruhani Türkiyəyə səfər edəcək. Tərəflər Suriyada yaşanan böhranla bağlı müzakirə aparacaqlar.