Türkiyə rəsmi Bağdadı xəbərdar edib. Onlar həll etməsələr, biz məsələyə müdaxilə edəcəyik.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Başakşəhərdə çıxışı zamanı deyib:
“Afrində 3872 terrorçu məhv edildi. Axşam sənətçilərimiz, jurnalistlərimiz və idmançılarımızla Afrində idik. Gözəl görüş keçirdik. Yeni hədəflərə çatmaq üçün hazırlıq başladı”.
Ərdoğanın sözlərinə görə, türk ordusundan qorxan terrorçular Afrindən Sincara qaçıb:
“Bağdada xəbərdarlıq etmişik. Onlar həll etməsələr, biz müdaxilə edəcəyik. Kimdənsə icazə gözləmirik”.