3 Aprel 2018 14:44
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan məhkəməsi Türkiyənin İnqilabçı Xalq Qurtuluş Partiyasının (DHKP-C) üzvü Əli Ərcan Göyoğlu ilə bağlı ekstradisiya tələbini növbəti dəfə rədd edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla da ekstradisiyası rədd edilən partiya üzvlərinin sayı 5-ə çatıb.

Bundan əvvəl yunan məhkəməsi Məhmət Doğan, Şadi Naci Özpolad, Xəzər Seçər və Məhmət Bibər ilə bağlı ekstradisiya tələbini qəbul etməmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər