Rusiyalı siyasətçi, bloger Aleksey Navalnı yeni partiya təsis edib. Teleqraf.com xəbər verir ki, “İşçi adı” (Рабочее название) adlı partiyanın təsis qurultayı ilə bağlı Rusiya Ədliyyə Nazirliyinə müraciət olunub.
A.Navalnı qeyd edib ki, partiyanın adı sonradan dəyişdiriləcək.
Qeyd edək ki, A.Navalnı 2014-cü ilin əvvəlində Tərəqqi Partiyasını qeydiyyatdan keçirib, lakin 2015-ci ilin aprel ayında Partiya lazımi sayda regional bölmələrini vaxtında qeydiyyatdan keçirə bilmədiyinə görə Ədliyyə Nazirliyi onun qeydiyyatını ləğv edib.