4 Aprel 2018 20:04
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tez-tez xəbər saytlarında, sosial şəbəkələrdə Afrika və Asiya ölkələrindəki müharibələrə aid fotolara rast gəlirik. Fotolardakı görüntülərin ilgincliyi yayılan xəbərlərdə adıçəkilən ölkə haqqında bizdə müəyyən təəssürat oyadır. Amma bir çox hallarda verilən fotolar həmin ölkələrə aid olmur. Necə deyərlər, Misirdə çəkilmiş görüntülər İraqda baş vermiş hadisə haqdakı xəbərə əlavə olunur, Əfqanıstana aid fotolar Pakistan barədəki məlumatla bir yerdə təqdim edilir və ya əksinə.

Məsələn, Əfqanıstan Hava Qüvvələri 2 aprel 2018-ci ildə ölkənin şimalındakı Taliban üzvlərinin Kunduz vilayətində bir araya gəldiyi mədrəsəyə aviazərbə endirib. Hafizlik kursunu bitirənlər üçün təşkil edilmiş məzuniyyət törəninə endirilən avizərbələr nəticəsində aralarında mülki şəxslərin də olduğu 100 nəfər dünyasını dəyişib, 50 nəfər yaralanıb. Xarici mətbuat bu barədə xəbər yayarkən hadisəyə aidiyyəti olmayan aşağıdakı fotolardan istifadə edib.

1) Bu foto 2003-cü ildə Misirdəki hərbi çevrilişə aiddir.

Kunduz şəhərindəki məlum olayla bağlı xəbərlə birlikdə verilən görüntünün müəllifi fotoqraf Məhəmməd Hossamdır. Foto 15 avqust 2013-cü ildə çəkilib. Qahirənin Adeviyyə və Nahda meydanlarında baş verən olaylar zamanı qətlə yetirilmiş 310 nəfərin meyiti İmam Məscidinə gətirilmişdi.

2) Bu foto 2014-cü ildə İsraildəki sinaqoqa edilmiş hücuma aiddir.

2014-cü ildə iki fələstinli Qüdsdəki sinaqoya silahlı hücum edib, 5 İsrail vətəndaşını öldürüb. Fotonun əsili ilə "Getty Images"də tanış olmaq olar. Bu fotodan da Əfqanıstana aid məlum xəbərin dərcində istifadə olunub.

3)Bu foto 2006-cı ildə Pakistanın Əfqanıstanla sərhəddə məktəbə endirdiyi aviazərbəyə aiddir.

"New York Times"ın 31 oktyabr 2006-cı il tarixli xəbərində istifadə olunmuş fotonu bəzi saytlar Kunduzdakı qanlı hücumla bağlı xəbərə əlavə ediblər. Qeyd edək ki, 2006-cı ildə Pakistanın Əfqanıstanla sərhəddə məktəbə endirdiyi aviazərbə nəticəsində 80 nəfər öldürülmüşdü.

4) Bu foto Kunduzdakı başqa bir qanlı hücumdan bir görüntüdür.

2016-cı ildə Kunduzda ABŞ tərəfindən endirilən aviazərbə nəticəsində 24 mülki şəxs öldürülüb. Həmin olaydan çəkilən fotonu bir çox sayt Əfqanıstanda ayrı-ayrı vaxtlarda baş vermiş silahlı hücumlarla bağlı xəbərlərə aid edirlər.


Müəllif: Ruslan

Oxşar xəbərlər