10 Avqust 2014 13:59
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın müxtəlif bölgələrində Talibana istiqamətli təşkil edilən əməliyyatlarda 96 döyüşçü həlak olub.

Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Bildirilib ki, son 24 saata Nanqarhar, Zabul, Loqar, Helmand, Badahşan, Farah və Uruzqan şəhərlərində aparılan əməliyyatlar zamanı 56 Taliban döyüşçüsü yaralanıb.

Nazirlik, əməliyyatlarda əfqan qüvvələrinin itkisi ilə əlaqədar məlumat verməyib. Əməliyyatlarda çox sayda silah və partlayıcı ələ keçirilib. DİN Taliban tərəfindən ölkənin müxtəlif bölgələrində yol kənarına yerləşdirilən 442 bombanın zərərsizləşdirildiyi bildirib.

Ölkənin Müdafiə Nazirliyinin sözçüsü Zahir Əzmi Əfqanıstanın müxtəlif bölgələrində Talibanın yol kənarına yerləşdirdiyi bombaların partlaması nəticəsində 4 əfqan əsgərinin həlak olduğunu söyləyib./anspress/


Müəllif: