9 Aprel 2018 12:58
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistanın yeni prezidenti Armen Sarkisyan aprelin 9-da and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.

İndiki dəqiqələrdə Demirçiyan adına İrəvan İdman-konsert kompleksində Ermənistan parlamentinin xüsusi iclası keçirilir.

İclasda Armen Sarkisyanın inaqurasiyası mərasimi təşkil olunub.

Qeyd edək ki, bununla da ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yeni konstitusiyaya görə, ölkənin ali icraçı orqanı baş nazirin rəhbərlik etdiyi hökumətdir. Hökumət dövlət idarəetmə sisteminin ümumi rəhbərliyini, daxili və xarici siyasətini icra edir. Baş nazir müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı olacaq.

Ermənistan prezidentinin xarici siyasət sahəsində bu səlahiyyətləri qalacaq: hökumətin təqdimatı ilə beynəlxalq müqavilələr bağlamaq; baş nazirin təqdimatı ilə xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin etmək və onları geri çağırmaq; xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndələrinin etibarnaməsini qəbul etmək. Vətəndaşlıq məsələlərinin həlli, əfv, orden və medallarla, fəxri adlarla təltif prezidentin səlahiyyətidir.

Qeyd edək ki, aprelin 17-də Ermənistan parlamentində baş nazir seçkiləri keçiriləcək./Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər