Sabiq rus casusu Sergey Skripal və qızı Yuliyanın İngiltərənin Solzberi şəhərində kimyəvi hücuma məruz qalmasına görə Rusiya məsuliyyət daşıyır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Sovet alimi Vladimir Uqlev “Finənşl Tayms” nəşrinə açıqlamasında deyib.
O bildirib ki, “Skripal işi”ndə adı çəkilən maddənin Rusiyada hazırlanmasından əmindir:
“1975-ci ildə “Noviçok” maddəsi Rusiyada mənim tərəfimdən hazırlanıb. Bunu əminliklə deyirəm. Hücum zamanı A-234 məhlulundan istifadə edilib”.
Alim bildirib ki, ilk dəfə bu maddə 1975-ci ildə Rusiyanın cənubundakı Şixanı şəhərində hazırlanıb.
O əlavə edib ki, bütün bunlara baxmayaraq, maddənin Rusiyada hazırlanmasını sübut etmək mümkün olmayacaq: “A-234 maddəsi heç bir iz buraxmır”.