10 Aprel 2018 20:31
4 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maçu Pikçu müqəddəs şəhəri ərazisində yaşayan perulular, həmçinin turistlər burada "uçan boşqab" görüblər.

Teleqraf.com xəbər verir ki, burada dağların arasından böyük, diskşəkilli işıqsaçan obyekt uçub. O qədər də yüksəkdən uçmayan bu obyekt vertolyot, aeroplan və ya video kamera lentinə düşən kölgə ilə qarışıq salına bilməz.

Uçuş zamanı fırlanan UNO-nun pilotunun kosmik gəmisinin insanlar tərəfindən görünəcəyindən narahat olmadığı hiss olunur.

Ufoloqlar "Göydə şəhər", "buludlar arasında saray" və ya "inklərin itirilmiş şəhəri" adlandırdığı bu ərazidə "uçan boşqab"ların tez-tez peyda olmalarının səbəbini tapa bilmir.

Ufoloqlar bildirir ki, bəlkə də qədim şəhərin şah əsərləri ancaq kənar sivilizasiyaların nümayəndələrinə məlum olan bəzi sirlərə malikdir.

Bəzi ekspertlər Maçu Pikçunun hindlilər deyil, yadplanetlilər tərəfindən tikildiyini də iddia edir.

Qeyd edək ki, son zamanlar burada "uçan boşqab"ların varlığı sübut edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər