11 Aprel 2018 16:20
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın haqqında danışdığı ağıllı raketlər terrorçular istiqamətində uçmalıdır.

Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova danışıb.

“Ağıllı raketlər uzun illərdir öz torpağında beynəlxalq terrorçuluğa qarşı mübarizə aparan qanuni hökumətə qarşı deyil, terrorçuların üzərinə uçmalıdır. Yeri gəlmişkən, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına xəbərdarlıq ediblər ki, ağıllı raketlər kimyəvi silah tətbiqinə qarşı bütün sübutları məhv edəcək. Yoxsa hər şey ağıllı raketlərlə təxribat izlərini tez bir zamanda silməyə və beynəlxalq ekspertlərin sübut qismində artıq heç nə axtarmamasına yönələn bir cəhddir?” - Zaxarova bildirib./Axar.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər