Suriya ordusuna məxsus vertolyotların Hələbdə müxaliflərin nəzarətində olan bölgələrə hava hücumu nəticəsində 15 adamın öldüyü bildirilib.
Hələbdəki yerli fəallardan olan Mustafa Sultanın Anadolu Agentliyinə verdiyi məlumata görə, orduya məxsus vertolyotlar Hələbdə müxaliflərin yerləşdiyi Beyada, Kadi Əsgəri ilə Məsəkin Xananu bölgəsinə hava hücumu nəticəsində 15 adam ölüb, onlarla adam yaralanıb.
Yerli özünümüdafiə dəstələrinin dağılmış evlərin altından çoxlu ölü və yaralı çıxartdığını dilə gətirən Sultan yaralıların təcili yardımla səhra xəstəxanalarına aparıldığını vurğulayıb./axar/