13 Aprel 2018 22:27
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti BMT Təhlükəsizlik Şurasında və KSQT icraiyyə şurasında “Skripal işi” ilə bağlı iclas çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın Rusiyadakı səfirliyi “Twitter” səhifəsində məlumat paylaşıb.

“Kimyəvi silahların qadağan edilməsi haqqında Konvensiyanın tələblərini pozduğuna görə Rusiyanı məsuliyyətə cəlb etmək vacibdir”,- deyə dipmissiyanın paylaşdığı məlumatda qeyd olunur.

Qeyd edək ki, aprelin 12-də KSQT Britaniyada siyasi sığınacaq almış keçmiş rusiyalı kəşfiyyat zabiti Serqey Skripalın sinir-paralitik maddə ilə zəhərləndiyi faktını təsdiqləyib.

Təşkilatın ekspertlərinin hazırladığı hesabata görə, götürülmüş nümunələr əsasında müayinə edilən kimyəvi maddə xalis olub, tərkibində hər hansı qatqı aşkarlanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər