İnstaqram sosial şəbəkəsi foto və videoları saxlamağa imkan verəcək yeni alət təqdim edəcək. Xatırladaq ki, indi “Instagram”da yerləşdirilmiş media faylları yalnız ekran görüntüsü kimi saxlamaq mümkündür.
Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, tezliklə ABŞ-da qüvvəyə minəcək fərdi məlumatlar haqda qanun şirkətləri istifadəçilərə öz məlumatlarını yadda saxlamaq və yenidən istifadə etmək imkanı yaratmağa məcbur edəcək.
Həmçinin indi sosial şəbəkə istifadəçinin sorğusu üzrə məzmunu silməli olacaq.