Suriyanın havadan müdafiə sistemi Dəməşqə atılan 13 raketi vurub.
Publika.az xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.
Qeyd edək ki, ABŞ, İngiltərə və Fransa gecə saatlarında Suriyada hərbi əməliyyatlara başlayıb. Paytaxt Dəməşq və ətrafı raket atəşinə tutulub. Əməliyyata hərbi təyyarələr dəstək verib.