Ermənistan müxalifətinin lideri Nikol Paşinyan Prezident Armen Sərkisyanla ölkədəki vəziyyəti müzakirə etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Paşinyan bu barədə Feysbukdakı səhifəsində xəbər yayıb.
"Dünən axşam Ermənistan Prezidenti Armen Sərkisyanla görüşdüm. Ölkədəki vəziyyəti və mövcud problemlərin həllini müzakirə etdik", - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, Sərkisyan görüşə 2011-ci ildən Böyük Britaniyanın vətəndaşı olmadığı barədə sənədlə gəlib. Bundan əvvəl Paşinyan bildirmişdi ki, Sərkisyanın keçmiş Britaniya vətəndaşı olması onun prezidnetliyi üçün maneədir.
Paşinyan onu da bildirib ki, Pespublikaçılar Partiyası ilə koalisiyadan ayrılan "Daşnaksütyun"un nümayəndələri ilə də ölkədəki vəziyyəti müzakirə edib.