Fransa prezidentinin xanımı Bricit Makron “Le Monde” nəşrinə müsahibəsində ABŞ-ın birinci xanımı Melaniya Trampla bağlı fikirlərini paylaşıb.
Teleqraf.com xəbər verir ki, Makron Amerikanın birinci xanımının şəxsi mühafizəsi üzündən bir çox məhdudiyyətlərə məruz qaldığını deyib. Onun sözlərinə görə, Melaniya Tramp bütün günü mühafizəçilərin əhatəsində olur və bu səbəbdən də istədiyi hər şeyi edə bilmir.
Eyni zamanda Donald Trampın həyat yodaşı hər zaman publika önündə emosiyalarını gizlətmək məcburiyyətində qalır, cünki o, daim mətbuatın diqqətindədir və onun hərəkətləri interpretasiya oluna bilər.
Fransa prezidentinin xanımı eləcə onu da bildirib ki, Melaniya Tramp xeyirxah və açıqsözlüdür: “Bizim yumor hissimiz çox oxşardır. Bir yerdə olanda çox gülürük”.
Xatırladaq ki, bir qədər əvvəl Fransa Prezidenti Emanuel Makron xanımı ilə birgə ABŞ-a səfər etmişdi. Səfər Fransa-Amerika münasibətlərinin 250 illiyinə həsr olunan tədbirlər ilə bağlı idi.