3 İyun 2018 22:26
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Səhiyyə Nazirliyi tərəfindən dövlət məktəblərinə verilən 83 səhifəlik dünyəviliyin şərtləri kitabçası ciddi müzakirə və narahatlığa səbəb olub.

Teleqraf.com xəbər verir ki, kitabçada dövlət məktəblərində oxuyan şagirdlərin uzun və qara rəngli ətəklər geyməsi qadağan edilir.

Həmçinin məktəblərdə şagirdlərin dini mənsubiyyətini göstərən simvollar və geyimlər qadağası yenidən işlənib.

Beləcə məktəblərdə uzun ətəklərlə yanaşı şagirdlərin dini mənsubiyyətini ifadə edəcək simvollar da qadağan edilib.

Kitabçaya görə, şagirdlərin davamlı olaraq saçını bir cür bağlaması, çadıra geyməsi və ya hicabdan istifadə etməsi, habelə qara rəngli uzun ətək geyməsi dini simvolu ifadə edilir.

Əlavə edilir ki, bu şərtlərə əməl etməyənlər məktəblərdən çıxarıla və əlavə cəzalar verilə bilər.

Xatırladaq ki, Fransada uzun ətəklər mövzusu 2016-cı ildən gündəmə gəlib, hətta 15 yaşlı Sarah adlı şagird belə paltar geydiyi üçün məktəbdən uzaqlaşdırılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər