Belçikada türk əsilli şagirdlərə türk dilində təhsil verilməsi ciddi narahatlıq yaradıb.
Teleqraf.com xəbər verir ki, sosial müdafiə naziri Zuhal Dəmir Çent şəhərində türk əsilli şagirdlərə məktəbdən sonra türk dili dərsi keçilməsinə qarşı çıxıb.
Nazir Çent şəhər bələdiyyəsinin türk şagirdlərə məktəbdən sonra türkçə dərslər keçilməsinin qəbuledilməz olduğunu bildirib.
Xatırladaq ki, Zuhal Dəmirin adı əvvəllər PKK-nın təşkil etdiyi tədbirlərə qatılması ilə gündəmə gəlib.