5 İyun 2018 08:32
3 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ dövründə KQB-nin Türkiyədəki casus torunu yəhudi əsilli Naum Eytinqon qurub.

Teleqraf.com xəbər verir ki, bu mövzuya ilk dəfə “Nezavisimaya qazeta” toxunub.

Naum Eytinqon o dövrdə həm də SSRİ lideri Stalinin “cəza qılıncı” kimi tanınırdı.

Məhz bu dövrdə KQB-nin İstanbulda Yaxın Şərqlə bağlı gizli şəbəkə və ofis qurduğu ortaya çıxıb.

Qeyd olunur ki, Eytinqon Stalinin təlimatı ilə Trotskiyə qarşı həyata keçirilən sui-qəsdə də rəhbərlik edib.

1917-ci il bolşevik inqilabından sonra xüsusi xidmət orqanına işə alınan Eytinqon ciddi uğurları ilə diqqət çəkib. O, qısa müddətə KQB-də önəmli vəzifəyə layiq görülüb. Belarus və Çində KQB-nin məxfi missiyalarını həyata keçirib. Daha sonra uğurlu kəşfiyyatçı kimi Türkiyəyə göndərilib. 1929-cu ildə Eytinqon SSRİ-nin İstanbul baş konsulluğunda atteşe olaraq xidmətə başlayıb. Ancaq əslində KQB-nin İstanbuldakı rezidenti vəzifəsini həyata keçirib. İstanbulda Eytinqon Yakob Minskri əvəzləyərək, KQB-nin fəaliyyətini koordinasiya edib.

İddiaya görə, İstanbulda KQB rezidentinə Yaponiya, Fransa və Avstriyanın diplomatik təmsilçilikləri ilə bağlı məxfi informasiyaları əldə etmək təlimatı verilib. Eytinqon İstanbulda bu vəzifəni layiqincə yerinə yetirərək, adı çəkilən diplomatik təmsilçiliklərlə bağlı məxfi informasiyalar əldə edib.

KQB-nin İstanbul ofisi bu fəaliyyətlərlə yanaşı Türkiyədə SSRİ-yə qarşı olan ukraynalı, azərbaycanlı və Şimali Qafqazlı siyasi mühacirlərlə bağlı da informasiyalar toplayaraq mərkəzə göndərib.

Bununla belə aydın olur ki, həmin dövrdə KQB Türkiyədə fəaliyyət göstərsə də, əsas məqsəd Türkiyəyə qarşı fəaliyyət olmayıb. Çünki o dövrdə SSRİ və Türkiyə münasibətləri yüksək səviyyədə olub.

Sadəcə olaraq, KQB-nin Yaxın Şərqlə bağlı fəaliyyəti İstanbuldakı məxfi ofis vasitəsilə həyata keçirilib.

Qeyd edilir ki, KQB-nin 1928-ci ildə İstanbulda Qaxın Şərqlə bağlı ofisinin rəhbərliyinə Yakob Blyumkin gətirilib. Lakin Blyumkin Trotski ilə münasibətləri səbəbindən 1929-cu ildə Moskvaya çağırılaraq həbs edilib. Bundan sonra Eytinqonun İstanbulda fəaliyyəti bir qədər çətinləşib.

Az sonra KQB-nin İstanbuldakı ofisinin rəhbərliyinə erməni əsilli agent Georgi Agabekov gətirilib. İstanbula “erməni tacir” adı ilə daxil olan Georgi Agabekov az sonra Qərbə qaçıb. Qısa müddətdən sonra isə Berlində çap etdirdiyi kitabında Eytinqonu SSRİ KQB-nin Türkiyədəki rezidenti kimi təqdim edib. Bundan dərhal sonra KQB Eytinqonu təxribatlardan qorumaq məqsədilə Türkiyədən çıxarıb.


Müəllif: Cavad

Oxşar xəbərlər