ABŞ-ın Florida ştatında silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Fox News” kanalı məlumat yayıb.
İnsident iyunun 5-i axşam saatlarında qeydə alınıb. Naməlum şəxslər avtomobildə hərəkət edərkən digər maşındakı insanlara atəş açıblar.
Hücum nəticəsində 3 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb. Onun vəziyyəti kritik olaraq qalır. Hadisənin digər təfərrüatları barədə məlumat yoxdu. Polis faktla bağlı araşdırma aparır.