ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdo ilə telefon danışığı zamanı 1814-cü ildə Ağ Evi yandırdıqlarını xatırladıb.
Teleqraf.com xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Tərəflər ABŞ-ın Kanadadan idxal etdiyi polad və alüminium rüsumlarını artırmasını müzakirə ediblər.
Trüdo ABŞ prezidentinin yeni tariflərin milli təhlükəsizlik məsələsi ilə bağlı olması fikrini şübhə altına qoyub. Tramp isə cavabında “Məgər Ağ Evi yandıran siz deyildiniz?”,- deyə sual verib.
Xatırladaq ki, 1812-1814-cü illərdə ingilis-amerikan müharibələri zamanı Kanada Böyük Britaniyanın koloniyası olub və kraliça tərəfində vuruşub.