Rusiya Prezidenti Vladimir Putin canlı yayımda ölkə vətəndaşlarının suallarına cavab verir.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentin çıxışı televiyza və radio vasitəsi ilə canlı yayımlanır.
Ümumilikdə V.Putinə 1 milyon 750 min sual ünvanlanıb.
***
Rusiya Prezidenti Vladimir Putin canlı yayım zamanı Üçüncü Dünya müharibəsi ehtimalı barədə suala cavab verib.
“Bilmirəm, Üçüncü Dünya müharibəsi hansı vasitələrlə aparılacaq, dördüncü daş və dəyənəklə olacaq”.
O vurğulayıb ki, Üçüncü Dünya müharibəsinin bəşəriyyətin sonu ola biləcəyini dərk etmək çox vacibdir.
Prezidentin sözlərinə görə, qarşılıqlı məhv qorxusu dövlətləri kortəbii hərəkətlərdən yayındırır.
Putin həmçinin günün reallıqlarına cavab verən sivil əməkdaşlıq formaları tapılmasının zəruriliyini vurğulayıb.
***
Putin Prezident olmaq üçün nədən imtina etmək lazım olduğu haqda suala “Şəxsi həyatından. Amma bu zaman sən milyonlarla insanın yaxşı yaşamağına kömək edirsən”, - deyə cavablandırıb.
***
Bloggerlər Prezidentə internet azadlığı məsələsi, sosial şəbəkələr, xüsusilə Youtube və Instagramın bağlanması ilə bağlı sual veriblər.
Putin isə cavabında deyib ki, sosial şəbəkələri bağlamaq fikrində deyil. Amma Sankt-Peterburqda baş vermiş terror barəsində xatırladıb. O, xüsusi xidmət orqanlarının kamikadzenin Telegram yazışmalarını izləyə bilmədiyini vurğulayıb.
Rusiya liderinin sözlərinə görə, qadağan etmək daha asandır: "Amma bu, səhv yoldur. İnnovasiya yolu ilə hərəkət etmək lazımdır".
***
Prezident Suriya hərbçilərin ən yeni silah sistemlərini sınaqdan keçirmək mümkün yaxşı təcrübə yeri oldu.
Məlum oldu ki, kəşfiyyat, kosmik və aviasiya qoşunları müasir münaqişə şəraitdə necə işləməlidir.