8 İyun 2018 14:17
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ohayo ştatında bir həftə öncə lotereyada böyük məbləğdə pul udan şəxs avtomobilində güllələnib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, insident iyunun 5-i Klivlend şəhərində qeydə alınıb.

Məlumata əsasən, 2 uşaq atası olan 37 yaşlı Ayzek Karson təxminən 1 həftə öncə lotereyada 50 min dollar pul udub. O, pulun bir hissəsini anasına, qızına və dostuna verib.

Hadisə baş verən gün öz avtomobilinin yanında olarkən, Ayzek iki nəfərlə mübahisə edib. Onlardan biri tapança ilə ona atəş açıb. Ayzek xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Mərhumun valideynləri, qardaşı və dostları onun pul üstündə öldürüldüyünü deyiblər. İsay Karson hamının qardaşından pul istədiyini bildirib.

Polis faktla bağlı araşdırma aparır.


Müəllif: Ruslan

Oxşar xəbərlər