11 İyun 2018 20:49
3 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi İran kəşfiyyatının Yaxın Şərqdə ən güclü məxfi qüvvə olduğunu hələ bir neçə il öncə etiraf etməli olub.

Teleqraf.com xəbər verir ki, Pentaqon İran kəşfiyyat xidmətinin 30 min personala malik olduğunu qeyd edib.

Əslində İranın Yaxın Şərqdə fəaliyyəti, atdığı addımlar ola bilsin, Pentaqonun məlum mövqeyinin yalan olmadığını ortaya qoyur.

Qeyd edilir ki, 1953-cü ilə Məhəmməd Rza Şah MKİ və Mossad dəstəyi ilə SAVAK adlı kəşfiyyat xidməti qurub. SAVAK-ın agentləri işə götürmək, onlardan istifadə etmək səlahiyyətinə sahib 13 şöbəsi olub. Bu sistem İslam inqilabından sonra da fəaliyyət göstərib.

ABŞ-da SAVAK agentləri əsasən İran səfirliyində atteşenin rəhbərliyi altında işləyib.

İranda şahlıq sistemindən sonra SAVAK-a yeni hakimiyyət nəzarət edib. Məsələn, İslam inqilabından sonra SAVAK adlı xidmət orqanı ləğv edildi. Bu xidmətin rəhbərliyində olan şəxslərin bəziləri edam olundu, bəziləri həbsə atıldı. 1979-1981-ci illərdə artıq SAVAK agentlərinin çoxu yox edilmişdi.

Şahlıq dövründə SAVAK kəşfiyyat xidmətinin yerini molla rejimində Kəşfiyyat və Milli Təhlükəsizlik Xidməti (SAVAMA) tutub. 1984-cü ildə Məhəmməd Reyşehrinin rəhbərliyində Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi qurulub. Əsas fəaliyyəti ölkə içində müxalifəti zərərləşdirmək olub. Xidmətə şahlıq dövründə kəşfiyyatda işləyən kiçik rütbəli zabitlər, keçmiş hərbi kəşfiyyatçılar işə qəbul olunub.

Böyük büdcəsi və personalı olan SAVAMA İran dövlət sistemində ən güclü nazirliklərdən biridir.
Xidmət birbaşa ali dini liderə tabedir. Bu nazirliyin əsas personalı xaricdəki İran səfirliklərində və konsulluqlarında işləyən diplomatlardan, təbliğatçılardan, xaricdə təhsil alan tələbələrdən, xaricdə olan müxalifət nümayəndələrindən ibarətdir.

Kəşfiyyat xidməti eyni zamanda informasiya əldə etməklə bərabər radikal dini qrupları, İslam hərəkatı təşkilatları ilə əlaqələr saxlamaqda sorumludur. Xidmət əsasən rejimə müxalifətdə olanları cəzalandırmaq və islam inqilabını ixrac etməyi hədəfləyir.

İran İnqilab Keşikçiləri Korpusu adlı qurum da Kəşfiyyat və Milli Təhlükəsizlik Xidmətinə (SAVAMA) yaxın qurum hesab olunur. Bu qurumun 120 minə yaxın hərbi personalı var, hərbi kəşfiyyat imkanlarına sahibdir. Üstəlik “Bəsici” adı verilən könüllülər də bu qurumun nəzarəti altındadır. On minlərlə əməkdaşı olan bu qurum əsasən geosiyasi baxımdan şiəliyə uyğun olmayan şəxslərin müəyyən edilməsi və sıradan çıxarılmasına dəstək verir.

“Qüds qüvvəsi” adlı silahlı qrup isə əsasən ETTELAT və İran İnqilab Keşikçiləri Korpusuna tabedir. “Qüds qüvvəsi” birbaşa xaricdəki fəaliyyətə cavabdehdir.

Eyni zamanda Körfəz Taburu deyilən mühüm silahlı qüvvə haqqında da geniş danışmaq olar.


Müəllif: Cavad

Oxşar xəbərlər