12 İyun 2018 07:35
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp və Kim Çen İn arasında geniş formatda görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, görüşdən sonra nümayəndə heyətləri yemək masası arxasında müzakirələri davam etdirəcəklər. Tərəflər iki ölkə arasında yeni əlaqə qurmaq üçün imkanları və yarımadada sülhün qorunması yollarını müzakirə edəcəklər. Liderlər Bakı vaxtı ilə saat 12:00-da mətbuat konfransı keçirəcəklər.

07:30

Donald Tramp və Kim Çen In arasında geniş formatda görüş başlayıb.

İki ölkə lideri Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və sülhün təmin edilməsi, Amerika-Şimali Koreya münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə etmək niyyətindədirlər.

05:53

ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In çərşənbə axşamı səhər Sinqapurda geniş tərkibdə sammit öncəsi təkbətək görüşlərini başa çatdırıblar.

Görüş əvvəlcədən protokolda planlaşdırıldığı kimi təqribən 48 dəqiqə davam edib.

Sammit Santosa adasında yerləşən "Capella" mehmanxanasında keçirilir.

05:05

Sinqapurun Sentosa adasında yerləşən "Capella" mehmanxanasında ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında tarixi görüş başlayıb.

Danışıqlar 45 dəqiqə davam edəcək.

Ardınca bir saat yarım ərzində geniş tərkibdə danışıqlar aparılacaq. Bu görüş Bakı vaxtı ilə 07:00-da bitəcək. Daha sonra ABŞ və Şimali Koreya liderləri işgüzar nahar edəcəklər.

Üç saatdan sonra, yəni Bakı vaxtı ilə 12.00-da Amerika lideri həmkarı ilə aparılacaq danışıqların yekunlarına dair mətbuat konfransı keçirəcək.


Müəllif: Mənbə/Report