12 İyun 2018 16:29
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhaninin amerikalı həmkarı Donald Trampla görüşü mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik üzrə rəhbəri Hüseyn Nakvi Hüseyni bildirib.

“ABŞ özü İranla münasibətləri kəsdi, nüvə sazişindən çıxdı və Tehrana qarşı sanksiyalar tətbiq etdi. Mən düşünürəm ki, Trampın Kim Çen İnlə görüşdüyü formatda Ruhani ilə danışıqlar aparması mümkün deyil və bu baş verməyəcək”.

Millət vəkili əlavə edib ki, Şimali Koreyanın ABŞ hakimiyyəti ilə diqqətli olması lazımdır: “Çünki rəsmi Vaşinqton münasibətlərdə davamlılıq nümayiş etdirmir”.


Müəllif: Ruslan

Oxşar xəbərlər