İngiltərədə “toxunulmaz” şəxs hesab olunan və beynəlxalq mafiya liderləri arasında adı keçən narkobaron Cames Mulveyin həbsinin görüntüləri ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, həbs edilmək təhlükəsi səbəbindən heç vaxt bir yerdə uzunmüddətli qalmayan Mulvey Latviyada qaldığı evdə xüsusi əməliyyatla ələ keçirilib.
Avropada müxtəlif otellərdə qalmaqla yeddi il müddətinə qaçaq həyatı yaşayan və ələ keçməyən mafiya liderini Latviyanın xüsusi xidmət orqanı həbs edə bilib.
Polisdən qaçarkən mobil telefondan nadir hallarda istifadə edən və ödəmələrini nəğd edən 42 yaşlı mafiya lideri İspaniyada yaşadığı lüks həyatla gündəmə gəlmişdi.
İngiltərə mediası ölkənin ən böyük narkobaronunun 32 il həbs cəzası alacağını bildirir.
İddia edilir ki, baron İngiltərəyə 68 milyon sterlinq həcmində kokain daxil edə bilib.