16 İyun 2018 17:10
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Avropa İttifaqının ticarət siyasətini, həmçinin Şimali Koreya, İran və Suriya ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
“Liderlər Tramp-Kim Çen İn görüşünü müzakirə etdilər. Prezident Tramp ABŞ-ın məqsədini bir daha bəyan etdi – Şimali Koeryanın tam və birdəfəlik nüvəsizləşdirilməsi”.
“Prezident Tramp, həmçinin, Avropa İttifaqını ticarət məhdudiyyətinin aradan qaldırılması üzrə danışıqlara başlamağa çağırıb”, deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, ABŞ-ın Avropadan bir sıra məhsulların idxalına tətbiq etdiyi gömrük rüsumunu artırması cavabsız qalmayıb. Belə ki, ittifaq ölkələri də analoji addım atıblar. Bu isə Trampı qane etməyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər