16 İyun 2018 19:10
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın baş naziri Taro Kono ASEAN ölkələri XİN başçılarının iyulun 30-dan avqustun 4-dək keçiriləcək sammiti zamanı Şimali Koreyadan olan həmkarı Li Yon Xo ilə görüşünün mümkün olub-olmayacağını araşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın “İomiuri” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, XİN başçılarının görüşü baş tutsa, görüş zamanı iki ölkə liderinin sammitinin keçirilməsi barədə də məsələ müzakirə oluna bilər.
Qeyd edək ki, bir müddət öncə KİV-də Yaponiyanın Baş naziri Sindzo Abe ilə Şimali Koreya lideri Kim Çen İnin sentyabrda Vladivostokta keçiriləcək iqtisadi fotum zamanı görüşməsinin mümkünlüyü barədə məlumat yayılmışdı. Ancaq Yaponiyanın XİN başçısı Taro Kono iyunun 14-də keçirilən mətbuat konfransında Tokionin hazırda Şimali Koreya ilə yüksək səviyyəli birbaşa dialoqun baş tutmasını nəzərdən keçirmədiyini açıqlayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər