14 Avqust 2014 15:37
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hökuməti Luqanska 19 yük avtomobilindən ibarət humanitar yardım göndərib.


Bu barədə Ukraynanın İnfrastruktur Naziri Maksim Burbak məlumat verib.


“Kiyevdən Luqanska 19 yük avtomobili ilə 240 ton yardım göndərilib. Yardım əsasən un və şəkərdən ibarətdir. Xarkovdan da Luqansk sakinlərinin ehtiyaclarını ödəyəcək ləvazimatlar və ərzaqlar göndərilib. İki yük avtomobili ilə tibbi vasitələr və dərmanlar da göndərilib”, - deyə M. Burbak qeyd edib.


O, göndərilən yardımın Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin yardımı ilə sakinlər arasında paylanacağını bildirib.

/APA/


Müəllif:

Oxşar xəbərlər