İŞİD-ə qarşı koalisiyaya aid qırıcılar Bəşər Əsədə bağlı hərbçilərə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın anti-İŞİD koalisiyasındakı sözçüsü Sean Ryan Suriyada əməliyyat keçirildiyini təsdiqləyib.
Koalisiyaya aid qırıcı Suriyanın İraq sərhədində yerləşən ərazini bombalayıb.
Suriya İnsan Haqları Təşkilatı hücum zamanı 38 nəfərin öldüyünü bildirib.