Türkiyənin Taksim meydanı yaxınlığında oteldən atılan pullar izdihama səbəb olub.
Teleqraf.com xəbər verir ki, otellərin birinin yuxarı mərtəbəsindən aşağı səpələnən pullar insanların diqqətini çəkib.
Nəqliyyatın axınına mane olan vətəndaşlar tıxac yaradıblar. Onları yalnız polislərin müdaxiləsindən sonra uzaqlaşdırmaq mümkün olub.
Məlum olub ki, səpələnən Çin puludur. Amma pulları kimin, nə üçün atdığı bilinməyib.