Türkiyənin tanınmış aktrisası Nurgül Yeşilçay tənqidlərə tuş gələn şəklindən danışıb.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə botokslu fotosunu paylaşan aktrisa izləyiciləri tərəfindən sərt tənqid olunub.
Nugül açıqlamasında “Həvəsləndim, ancaq deyəsən, dozası artıq oldu” deyib: “Bəli, botoksa görə üzgünəm. Üzümün dərisinə qulluq etmək istəyirdim. Bu il bir az boş vaxtım var. Deyilənlərə qulaq asdım. Yaxşı ki botoks müvəqqəti şeydir, yoxsa məhv olmuşdum”.