19 İyun 2018 17:33
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saentologiya təriqətinin üzvü olduğu deyilən məşhur Hollivud aktyoru Con Travolta haqqında təcavüz iddiası irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, aktyor barəsində qalmaqallı iddialar səsləndirən qadının kimliyi hələ ki məlum deyil.

Qadının sözlərinə görə, Jon Travolta ondan ayaqlarını masaj etməsini istəyib.

64 yaşlı aktyorun çox kobud olduğunu söyləyən naməlum qadın sözlərinə belə davam edib: “Con Travoltanın qaranlıq tərəfləri var idi. Tez-tez açıq-saçıq təkliflər edirdi. Məndən ayaqlarını masaj etməyimi istədi. Başqa qadınlara da təcavüz edirdi”.

Qeyd edək ki, saentologiya təriqəti ABŞ başda olmaqla, bir çox ölkələrdə din kimi qəbul edilib. Təriqətin Prsikilla Presli, Katie Holmes, Nikol Kidman, Demi Mur kimi məşhur üzvləri var.


Müəllif: Cabbar