20 İyun 2018 16:55
2 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Xüsusi İstintaq Xidməti həbs edilmiş general Manvel Qriqoryanın Dağlıq Qarabağdakı evində əməliyyat keçirib.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, əməliyyat nəticəsində çoxlu sayda konservləşdirilmiş ət, siqaret, hərbi formalar, tibbi ləvazimatlar, silah-sursat və iri məbləğdə pullar aşkar edilərək müsadirə olunub.

Bundan başqa, Manvel Qriqoryanın Qarabağda yaşayan qohumları qanunsuz silah-sursat əldə etmək ittihamı ilə həbs edilib.

Qeyd edək ki, ayın 19-da “Yerkrapax” Könüllülələri İttifaqının rəhbəri, deputat Manvel Qriqoryanın Eçmiədzin və İrəvandakı evində və ofisində keçirilmiş əməliyyatlar nəticəsində çoxlu sayda silah-sursat aşkar olunmuşdu.

O, dövlət çevrilişinə cəhddə ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər