20 İyun 2018 23:34
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin həyat yoldaşı Melanya Tramp onun və övladının ünvanına edilən təhdidlərlə əlaqədar məxfi xidmətə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Daily Caller” nəşri məlumat yayıb.

Qeyd olunur ki, aktyor Piter Fondanın Tvitter səhifəsində “Biz Berron Trampı anasının əlindən alıb, pedofillərlə dolu qəfəsə yerləşdirməliyik”, qeydindən sonra Tramp ailəsi güc strukturlarına müraciə edib.

Berron Tramp ABŞ prezidenti Donald Trampın ən kiçik övladıdır, 2006-cı ildə doğulub.

Məxfi xidmət müraciəti araşdırmaq üçün hərəkətə keçib.


Müəllif: Teleqraf.com