Ermənistan parlamentinin sədri Ara Babloyan İrəvanda Fransa Nümayəndələr Palatasının deputatı Cek Marilosyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
Fransanın ATƏT-in Minsk qrupunda həmsədri ölkə kimi münaqişənin nizamlanmasında üzərində götürdüyü öhdəlikləri yerinə yetirdiyini deyən erməni spiker növbəti sərsəm iddiasını səsləndirib.
Babolyan Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının Ermənistan üçün müzakirə mövzusu olmadığını söyləyib:
“Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilməz. Bu, bizim üçün müzakirə mövzusu deyil. Bizim üçün əsas məsələ Ermənistanın və Qarabağın təhlükəsizliyinin təmin edilməsidir”.