Ermənistanda kütləvi aksiyalar zamanı baş nazir Nikol Paşinyan və onun bir neçə tərəfdarına qarşı qaldırılmış cinayət işinə xitam verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Prokurorluğu məlumat yayıb.
Ermənistan müxalifətinin rəhbəri Nikol Paşinyan paytaxt İrəvandakı kütləvi etiraz aksiyalarından sonra mayın 8-də ölkənin baş naziri seçilib.