22 İyun 2018 12:49
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Luiziana ştatında nadir amöb sayılan Neqleriya fouleranın (Naegleria fowleri) aşkarlanması həyəcana səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “CBS News” kanalı məlumat yayıb.

Xəbərə əsasən, iyunun 10-da aparılan laborator yoxlamaları müsbət nəticələnib. Son 3 ildə artıq 3-cü dəfədir su ehtiyatlarında amöb aşkarlanır.

Qaynar istilərə baxmayaraq sakinlərə hovuzda çimmək qadağan edilib. Müvafiq xəbərdarlıqda deyilir: “Amöblər içməli sudan tutmuş duşa qədər istənilən şirin su mənbəyində ola bilər”.

İnsan beyninə düşən parazit orada sürətlə çoxalmağa başlayır. Nəticədə beyin qanaxması və hüceyrələrin nekrozuna səbəb olur.

Qeyd edək ki, ABŞ-da 1962-2016-cı illər arasında bu xəstəliyə yoluxan 143 nəfərdən cəmi 4-ü sağ qala bilib.


Müəllif: Ruslan

Oxşar xəbərlər