İsrail ordusunun hərbçiləri Qəzza zolağında fələstinlilərin “Böyük qayıdış yürüşü” aksiyasını işıqlandıran “Anadolu” informasiya agentliyinin foto-müxbiri Əli Cadallahı yaralayıb.
Teleqraf.com xəbər verir ki, çəkiliş vaxtı zirehli gödəkçədə olmuş jurnalist sol əlindən güllə yarası alıb.
Müxbir yaxınlığındakı xəstəxanaya yerləşdirilib.