23 İyun 2018 23:29
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evin mətbuat katibi Sara Sandersi ABŞ prezidenti Donald Trampla birlikdə işlədiyinə görə restorandan qovublar.

Bu barədə o, "Twitter"-də bildirib.

Sara Sanders qeyd edib ki, Leksinqtondakı restoranlardan biri ABŞ lideri Trampa işlədiyinə görə ona xidmət göstərməkdən imtina edib.

"Dünən Virciniya ştatının Leksinqton şəhərindəki "Red Hen"un rəhbəri ABŞ prezidentinə işlədiyimə görə məndən restoranı tərk etməyimi xahiş etdi. Bu hərəkət məndən daha çox onun barədə danışır (təsəvvür yaradır - red)", - deyə Sanders "Twitter"də yazıb.


Müəllif: Teleqraf.com