Bu seçkilərləTürkiyə demokratik bir mərhələni həyata keçirir.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Türkiyə prezidenti, hazırda qardaş ölkədə keçirilən prezident seçkilərinin əsas favoriti Rəcəb Təyyub Ərdoğan çıxış edib.
Prezident bildirib ki, səhər saatlarında səs verdiyi zaman artıq 150 seçici seçki məntəqəsinə gələrək, səsini veribmiş:
“Mən seçkilərdə yüksək iştirakçılığın olduğunu müşahidə edirəm. Türkiyə çapında da vətəndaşlarımızın seçkilərdə iştiraçlığı yüksək həddədir. Dünyanın ən inkişaf etmiş ölkələrində seçkilərdə iştirak 30 faizə düşdüyü halda, Türkiyə bu faizi keçin. İndiki seçkinin başqa xüsusiyyəti də var. Bu seçkilərlə birlikdə Türkiyə demokratik mərhələni həyata keçirir”.
Ərdoğan deyib ki, Türkiyədə prezidentlik üsul-idarəsinə keçid ilk dəfə bu seçkilərdən sonra baş verəcək:
“Prezidentlik üsul-idarəsinə keçidlə birlikdə Türkiyə müasir mədəniyyət səviyyəsinin üstünə çıxmaqda davam edir. Bundan sonra ölkəmiz bürokratik oliqarxiya olmadan yüksəlməyə davam edəcək. Bu ana qədər Türkiyə daxilində ciddi çətinliyin olmadığını görürük”.
Qeyd edək ki, Rəcəb Təyyub Ərdoğan Üsküdarda Saffet Çebi məktəbində səs verib.