Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryan həbsi səs-küy yaratmadı. Halbuki vəziyyət göründüyü qədər sakit deyil.
Teleqraf.com xəbər verir ki, Ermənistan KİV Manvel Qriqoryanın həbs ediməsinin arxasında duran səbəbləri müzakirəyə çıxarılıb.
Erməni mənbələr generalın həbsinin Ermənistanda daha ciddi siyasi kataklizmlərin başlanğıcı üçün ilk siqnal olduğunu yazırlar:
“Göstərilmiş istiqamət, yaxud nişan verilmiş şəxslər üzrə cinayət törətməkdə ixtisaslaşmış Manvel Qriqoryan Serj Sərkisyan rejiminin ən qorxulu simvollarından biridir. O, Qarabağ müharibəsindən bu yana Ermənistanda törədilmiş ən qanlı cinayətlərdə məsuliyyət daşıyır.
Ən ilginci budur ki, uzun illərdir sirr kimi saxlanılan parlament qətliamının icraçısının da Qriqoryan olduğu artıq sübut edilib. Hazırkı vəziyyətdə Manvel Qriqoryanın həbsinin arxasında Nikol Paşinyana qarşı çevrilişin hazırlandığı ehtimalı dursa da, “Qarabağ klanı” belə tezliklə öz opponentini kürsüdən qiyamla uzaqlaşdıracaq qədər ağılsız deyil. Hər halda mövcud situasiyada Nikol Paşinyana qarşı sui-qəsdin hazırlandığı ən ağılabatan variantdır ki, bu işin Manvel Qriqoryana tapşırıldığına artıq şübhə yoxdur”.
Erməni mənbələr qeyd edirlər ki, Paşinyana qarşı sui-qəsd planı şübhə oyatmamaq üçün İrəvandan kənarda hazırlanıb:
“İrəvan hakimiyyətin və təhlükəsizlik qüvvələrinin diqqət mərkəzindədir. Xüsusilə, hakimiyyət dəyişikliyinin baş verdiyi bu günlərdə bu sifarişli qətli paytaxtda həyata keçirmək ağılsızlıq olardı. Buna görə də, diqqətdən bir qədər kənarda olan Qarabağ planlaşdırma mərkəzini yerinə yetirirdi. Manvel Qriqoryana məxsus ən böyük cəbbəxananın burada ələ keçirilməsi və qohumlarını da burada silahlandırması təsadüfi deyildi.
Üstəgəl, Qarabağdakı rejim də Paşinyandan narazıdır. Bu baxımdan, Bako Saakyanın başçılıq etdiyi rejimin də bu sui-qəsd planının içində olduğuna şübhə yoxdur”.