Tehranın Baş Prokuroru Abbas Cəfəri Dolatabadi “Böyük bazar”da etirazçılardan bəzilərinin saxlanıldığını bildirib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, prokuror saxlanılan şəxslərin istintaq bitənə qədər həbsdə qalacaqlarını vurğulayıb.
Etirazçılara qarşı hansı ittihamların irəli sürüldüyü bəlli deyil. Daha əvvəl onların “vandallıq etdiyi və bazarda insanların mülklərinə ziyan vurduğu” iddia edilirdi. Ancaq sosial mediada yayılan kadrlarda dükanları polislərin özlərinin dağıtdığı görünür.
İran hakimiyyəti etirazları “dükançıların tətili” kimi təqdim etməyə çalışır.
İyunun 26-da isə Prezidenti Həsən Ruhani bəyanat yayıb: “Biz İran xalqına söz veririk ki, onun gündəlik təlabat mallar ilə bağlı problemi olmayacaq. Əhalinin etibarı və inam bizim sistemin və iqtisadiyyatın sabitliyinin əsasıdır”.
İğtişaşlar milli valyutanın kəskin ucuzlaşması səbəb olub. Ölkədə iqtisadi böhranın əsas səbəblərindən biri İranın Yaxın Şərqdə HƏMAS və “Hizbullah”a dəstək verməsidir.