Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu ilin payızında ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün ölkəsinə qayıdacağını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Ria.ru" məlumat yayıb.
“Bidzina İvanişvili seçkilərdə qalib gələ bilməyəcək. O, seçkiləri saxtalaşdırmağa çalışacaq, amma bacarmayacaq”, – deyə saakaşvili qeyd edib.
Qeyd edib ki, Gürcüstan məhkəməsi bir neçə gün öncə Saakaşvilini qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edib. Buna səbəb kimi onun 2005-ci ildə deputat Valeriy Gelaşviliyə hücumda iştirak etdiyi əsas gətirilib.