1 İyul 2018 00:42
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Miqrasiya-Gömrük Xidməti ləğv olunarsa, ölkə vətəndaşlarının küçədə özlərini təhlükəsiz hiss etməyəcəklərinə əmin olduğunu bildirib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Tramp bu barədə Foks Nyus telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Miqrasiya-Gömrük Xidmətinin əməkdaşları MS-13 cinayətkar qruplaşmasına qarşı aktiv mübarizə aparırlar. Qeyd edək ki, bu qruplaşmanı Salvador əsilli insanlar yaradıb və MS-13 ABŞ üçün ən təhlükəli qruplaşmalardan sayılır.

"Əgər siz Miqrasiya-Gömrük Xidmətindən imtina etsəniz, elə vəziyyət yaranacaq ki, evdən bayıra çıxmaq sizə dəhşətli gələcək", - Tramp deyib.


Müəllif: Ruslan

Oxşar xəbərlər