Hindistan hökumətinin Müdafiə Sənayesi Şurası Rusiyadan S-400 “Triumf” zenit raket sistemlərinin alınmasına yekun razılığını verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Times of İndia” hərbi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, iyunun 28-də şura Rusiya ilə danışıqlarda yaranmış kiçik fikir ayrılığını da aradan qaldırıb. O da bildirilir ki, müqavilə bundan sonra icra olunması üçün Maliyyə Nazirliyinə göndəriləcək.