1 İyul 2018 23:25
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Aydaho ştatında 10-a yaxın şəxs bir nəfərin bıçaqla hücumu nəticəsində xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, insident gecə saatlarında baş verib. 33 yaşlı kişi qaçqınların yaşadığı evə hücum edib. Nəticədə 9 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

“Hələlik biz heç kimi itirməmişik, ancaq onların zədəsi çox ciddidir”, deyə polisdən bildirilib.

Hücum edən şəxs saxlanılıb, onun hücumunun səbəbləri bilinmir.


Müəllif: Səxavət

Oxşar xəbərlər