2 İyul 2018 11:00
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hava Qüvvələri B61-12 nüvə bombasının ilk sınaqlarını uğurla başa çatdırdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu bomba sistemləri Almaniya, İtaliya, Belçika, Hollandiya və Türkiyədə yerləşdirmək planlaşdırılır.

ABŞ-ın Milli Nüvə Təhlükəsizlik İdarəsi (NNSA) açıqlamasında uğurlu sınaqlar zamanı B61-12-nin milli təhlükəsizlik tələblərinə cavab verdiyini bildirib.

Konqresin qiymətləndirməsinə görə, 2017-2046-cı illər üçün ABŞ taktiki nüvə qüvvələrini modernizasiya etmək məqsədilə 25 milyard dollar xərcləyəcək.

Beşinci nəsil F-35 ovçu təyyarələrinin platformasına uyğun olan B61-12 bombalarının ilk partiyasının 2020-ci ilə qədər orduya təhvil veriləcəyi gözlənilir.


Müəllif: Cavad

Oxşar xəbərlər