2 İyul 2018 17:43
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani nüvə sazişinin gələcəyini müzakirə etmək üçün Avropa səfərinə başlayıb.

Teleqraf.com-un məlumatına görə, Avropa Birliyinə dönəm sədrliyi edən Avstriyaya uçmazdan əvvəl Ruhani bildirib ki, nüvə razılaşmasını davam etdirmək niyyətində olan Avropa Birliyi yaxın günlərdə məsləhət paketini İrana təqdim edəcək.

Avstriyadan sonra İsveçrəyə gedəcək Ruhani qeyd edib ki, ABŞ-ın beynəlxalq şərtləri heçə sayaraq razılaşmadan çıxmasından sonra Avropa ilə müzakirələrin xüsusi əhəmiyyəti var:

“Avropa Birliyinə üzv dövlətlər ABŞ olmadan da nüvə anlaşmasının davam etməsini istəyir. Hər kəs razılaşmanın qorunmasının bölgə və dünyanın xeyrinə olduğunu düşünür”.

İranla 2015-ci ildə imzalanan nüvə sazişindən bu il mayın 8-də çıxan ABŞ İrana qarşı ən sərt sanksiyalar tətbiq edəcəyini elan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər